BAKI, 2 fevral — Sputnik. Amerika Kino Akademiyası "Oskar" təqdim edəcək aktyorların siyahısını özünün "Twitter" səhifəsində açıqlayıb.
Sputnik Azərbaycan bildirir ki, onların sırasında Kianu Rivzlə Penelopa Krus da var.
Onlardan başqa, Siqurni Uiver, Dayan Kiton, Ceyms Korden, Şay Labaf, Stiv Martin, Corc Makkey, Mayya Rudolf, Zak Qottzaken və Bini Feldşteyn də lauretları heykəlciklə sevindirəcəklər.
Bildirilir ki, ötənilki kimi, bu il də "Oskar"ın təqdimetmə mərasimində aparıcı olmayacaq. Qaliblər mükafatlarını Los-Ancelesdə fevralın 9-dan 10-na keçən gecə alacaqlar.