BAKI, 1 fevral — Sputnik. Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, 1977-ci il təvəllüdlü xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan vəfat edib.
Məlumata görə, xəstə bu vəziyyətdə 20 gün ev şəraitində müalicə aldıqdan sonra dünən Elmi-Tədqiqat Ağciyər İnstitutuna gətirilib. Kritik vəziyyətdə dərhal birinci reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, səhər saatlarında vəfat edib.
TƏBİB qeydə alınan ölüm faktını təsdiqləyib.
Lakin Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi-Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz olub.