İDMAN

Əfsanənin oğlu da İspaniyada, amma hələlik ikinci diviziona

Entso Zidan Madridin "Real" klubunun yetirməsidir. O, bir neçə il atası Zidanın rəhbərliyi altında fəaliyyət göstərib. 2014-2017-ci illərdə klubların gənclərdən ibarət komandasında çıxış edib.
Sputnik

BAKI, 1 fevral — Sputnik. İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın böyük oğlu, yarımmüdafiəçi Entso Zidan İspaniyanın 2-ci divizionunda çıxış edən "Almeriya" klubuna transfer olunub.

Sputnik Azərbaycansoccer.ru-ya istinadla xəbər verir ki, futbolçunun kluba keçidi azad agent kimi baş tutub. Onun sonuncu klubu Portuqaliyanın "Aveş" komandası olub. Entso Zidan Madridin "Real" klubunun yetirməsidir. O, bir neçə il atası Zidanın rəhbərliyi altında fəaliyyət göstərib. 2014-2017-ci illərdə klubların gənclərdən ibarət komandasında çıxış edib.

Qeyd edək ki, E.Zidan "Aveş" klubuna ötən il transfer olmuşdu. O, 11 oyunda 2 dəfə fərqlənməyi bacarıb.