İDMAN

Konor - Həbib qarşılaşmasının vaxtı bəlli oldu

Dena Uayt ESPN-ə bildirib ki, potensial revanş Ramazan bayramından sonra – 2020-ci ilin sentyabr, oktyabr və ya noyabr ayında keçiriləcək.
Sputnik

BAKI, 1 fevral — Sputnik. UFC prezidenti Dan Uayt bildirib ki, Konor Makqreqor Həbib Nurmaqomedov – Toni Fergüson döyüşünün qalibi ilə qarşılaşacaq.

Sputnik Azərbaycan xəbər verir ki, Nurmaqomedov bu görüşdə qələbə qazandığı təqdirdə, onunla Konor arasındakı revanş bu ilin payızında keçiriləcək. Dan Uayt ESPN-ə bildirib ki, potensial revanş Ramazan bayramından sonra – 2020-ci ilin sentyabr, oktyabr və ya noyabr ayında keçiriləcək.

Xatırladaq ki, Həbiblə Konor arasında ilk döyüş 2018-ci ilin oktyabrında keçirilib və dağıstanlı idmançı qələbəsi ilə başa çatıb.