BAKI, 30 yanvar — Sputnik. İcbari tibbi sığorta olunan xəstələr üçün tibbi xidmətlərin gözləmə müddəti açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün keçirilən tədbirdə İcbari Tibbi Sığorta Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva məlumat verib.
O, bildirib ki, ambulator tibbi xidmətlər üçün gözləmə müddəti 14 gündür: “Planlı stasionar xidmət üçün isə bu müddət 24 gün təşkil edir”.
S. Quliyeva bildirib ki, təcili təxirəsalınmaz tibbi xidmət üçün isə sığortaolunanlar növbə gözləməyəcək: “Təcili təxirəsalınmaz tibbi xidmət üçün vətəndaşlara tibbi xidmət dərhal göstəriləcək”.