İDMAN

Ronaldu "Instagram" kralı oldu

Futbolçu ötən ilin yanvarında 150 milyon izləyici yığan ilk "Instagram" istifadəçisi olmuşdu. Güman edilir ki, forvard bu sosial şəbəkədəki bir paylaşımına görə 48.66 milyon dollar gəlir əldə edə bilər.
Sputnik

BAKI, 30 yanvar — Sputnik. "Yuventus"un futbolçusu Kriştianu Ronaldunun "Instagram" profilində izləyicilərin sayı 200 milyon nəfərə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, portuqaliyalı ulduz belə göstərici ilə dünyada bu saya çatan ilk şəxs olub. Ronaldunu hazırda "Instagram"ın öz səhifəsi qabaqlayır.

Ronaldunun ən yaxın izləyiciləri isə müğənni Ariana Qrand (173 milyon) və aktyor Duan Consdur (170 milyon). Futbolçu ötən ilin yanvarında 150 milyon izləyici yığan ilk "Instagram" istifadəçisi olmuşdu. Güman edilir ki, forvard bu sosial şəbəkədəki bir paylaşımına görə 48.66 milyon dollar gəlir əldə edə bilər.

Qeyd edək ki, "Barselona"nın kapitanı Lionel Messini isə "Instagram"da 141 milyon nəfər izləyir.