İDMAN

Azərbaycanda keçirilən futbol oyununda hakim döyüldü

Matç başa çatdıqdan sonra Oqtay Alxasov meydana daxil olaraq oyunun hakimi Hacıəli Ağayevi vurub, ona ciddi xəsarətlər yetirib
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Bakıda keçirilən Mini Futbol Liqasında (MFL) dava düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə "Kontakt Home" - "Dənizkənarı Bulvar İdarəsi" komandalarının oyununda baş verib. Belə ki, "Dənizkənarı Bulvar İdarəsi" komandasının oyunçusu Oqtay Alxasov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Matç başa çatdıqdan sonra Oqtay Alxasov meydana daxil olaraq oyunun hakimi Hacıəli Ağayevi vurub, ona ciddi xəsarətlər yetirib. Baş verən insidentdə "Dənizkənarı Bulvar İdarəsi" komandasından Ceyhun İmaməli də iştirak edib.

Qeyd edək ki, MFL Azərbaycanın həvəskar mini futbol klublarının çıxış etdiyi liqadır. 2015-ci ildə əsası qoyulan turnirə nəzarəti MFL və AFFA həyata keçirir.