SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan nazirlərinin kritik görüşü keçiriləcək

Minsk qrupunun həmsədrləri Elmar Məmmədyarov, həmçinin Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla görüşüblər
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı öz "Twitter" səhifəsində Azərbayan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva bildirib.

"Cenevrədə xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiyadan İqor Papov, Fransadan – Stefan Viskonti və ABŞ-dan Endryu Şeferlə görüşüb", - deyə Abdullayeva qeyd edib.

Minsk qrupunun həmsədrləri, həmçinin Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla görüşüb.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 29-30 yanvar tarixlərində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.

Tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bir sıra məsələləri müzakirə edəcəyi bildirilir.

Qeyd edək ki, sonunu dəfə nazirlər 2019-cu ilin dekabrında Bratislavada ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin sammiti zamanı görüşüblər.