İDMAN

Çempionlar Liqasının finalı Bakıda keçiriləcəkmi - İdman şərhçisi danışır

İdman şərhçisi Sənan Şəfizadə "Sputnik Azərbaycan"a deyir ki, UEFA belə yarışın keçirilməsi üçün bəzi şərtlər irəli sürür
Sputnik

“Gələcəkdə Çempionlar Liqasının finalı Bakıda ola bilər”. Bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov AVRO-2020 Bakı Könüllülük Proqramının açılış tədbirində jurnalistlərə açıqlamasında deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Çempionlar Liqasının finalının Bakıda keçirilməsi real söhbətdir:

“Azərbaycan bu yarışı keçirməyə tam hazırdır və yüksək səviyyədə təşkil edilə bilər. UEFA bu yarışın keçirilməsi üçün bəzi şərtlər irəli sürür və Azərbaycanda olan imkanlar bu şərtləri qarşılayır. AFFA finalın Bakıda keçirilməsi üçün namizdəliyi irəli sürərsə, UEFA bu namizədliyə müsbət cavab verəcək”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz