İQTİSADİYYAT

Belarusun neftlə bağlı seçimi kim olacaq?

Belarus lideri eləcə də Azərbaycan, Qazaxıstan, İran, Səudiyyə Ərəbistanı, hətta ABŞ-dan neft tədarükü imkanlarından söz açıb
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Yanvarın 1-dən Belarusun neft emalı zavodları Rusiya neftini məhdud həcmdə alır. Bu onunla bağlıdır ki, hal-hazırda Rusiya neftinin Belarus Respublikasına tədarükünə dair imzalanmış razılaşma yoxdur. Hökumətlər və müəssisələr mürəkkəb danışıqlar mərhələsindədir.

Lukaşenko Rusiya neftindən imtina etdi

Bununla əlaqədar Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin neft emalı zavodlarına xammal tədarükünün fərqli dövlətlərdən diversifikasiyasına göstəriş verib. Bu xüsusda Klaypeda limanına 80 min ton Norveç nefti çatdırılıb. Yaxın günlərdə həmin xammal "Naftan" və "Mozır NEZ"ə çatdırılmalıdır. Belarus lideri eləcə də Azərbaycan, Qazaxıstan, İran, Səudiyyə Ərəbistanı, hətta ABŞ-dan neft tədarükü imkanlarından söz açıb.

Adıçəkilən ölkələrdən neftin tədarükü, onun keyfiyyəti və Belarusa nəqli imkanları barədə yanvarın 30-da saat 14:00-da Sputnik Azərbaycan-ın Mətbuat Mərkəzində "Belarus neft zavodlarına neft tədarükünün diversifikasiyası" mövzusunda Minsk-Bakı-Moskva videokörpüsündə danışılacaq.

Bakıdan iştirakçı:

* UNEC-in Rusiya iqtisadiyyat məktəbinin direktor müavini, elmlər doktoru, professor Elşad Məmmədov

Minskdən iştirakçı:

* Belarus Respublikasının Milli Məclisinin Nümayəndələr Palatasının sənaye, yanacaq-enerji kompleksi, nəqliyyat və rabitə Daimi komissiyasının üzvü Deniz Karas

Moskvadan iştirakçı:

* "Геоэнергетика.ru" analitika jurnalının baş redaktoru Boris Martsinkeviç.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi