Əfqanıstanda təyyarə qəzaya uğrayıb

Hadisə ölkənin şərqindəki Qəznə vilayətində baş verib. Qəznənin qubernatoru Arif Nuri bildirib ki, təyyarə Deh Yak rayonuna düşüb
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Əfqanıstanda "Ariana Afghan Airlines" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, hadisə ölkənin şərqindəki Qəznə vilayətində baş verib. Məlumata görə, təyyarənin göyərtəsində 83 nəfər var imiş.

​Qəznənin qubernatoru Arif Nuri bildirib ki, təyyarə Deh Yak rayonuna düşüb. Bu ərazi, Tolo News telekanalının məlumatına görə, taliban qruplaşmasının nəzarəti altındadır. Hadisə yerinə "xüsusi qüvvələrin" göndərildiyi deyilir.  

Digər məlumata görə, təyyarə Əfqanıstan ordusuna məxsusdur.