TƏHLİL

Ekspert deputatlığa namizədlərin seçki kampaniyasını şərh edir

Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyir ki, kampaniyada namizədlər necə aktivdirlərsə, eyni vəziyyət seçki sonrası mərhələdə də davam edəcək
Sputnik

“Əvvəlki seçkilərdə namizədlərin dövlət resurslarını bu qədər açıq şəkildə istifadə etməsi müşahidə edilməyib”. Bunu Sputnik Azərbaycan-a parlament seçkiləri öncəsi namizədlərin təbliğat kampaniyası haqqında danışarkən Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, namizədlərin hansı partiyanı təmsil etməsindən asılı olmayaraq onlar açıq şəkildə resurslardan istifadə edirlər:

“Düşünürəm ki, kampaniyada namizədlər necə aktivdirlərsə, eyni vəziyyət seçki sonrası mərhələdə də davam edəcək. Sosial şəbəkələrdə çoxminlik səhifələrə çıxış imkanları olan namizədlərin məğlub olduqları təqdirdə, bunu asanlıqla qəbul edəcəyinə inanmıram”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz