Ölü sayı durmadan artır – Türkiyədə son rəqəmlər açıqlandı

Türkiyənin Fəlakət və Fövqəladə Vəziyyətin İdarəedilməsi Orqanı (AFAD) tərəfindən verilən açıqlamaya görə, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya ciddi, 409 binaya isə az və ya orta dərəcədə ziyan dəyib
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Türkiyənin Elazığ vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı durmadan artır.

Türkiyədə zəlzələ anında studiya, konsert zalı belə silkələndi - VIDEO

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ölü sayı 35 nəfərə çatıb.

Xilasedicilər 46 nəfəri dağıntılar altından çıxara biliblər. 1566 nəfər yaralanıb. İndiyə kimi 640-dan çox ardıcıl titrəyiş qeydə alınıb. Onlardan 20-si 4 baldan yuxarı olub.

Hazırda bölgədə xilasetmə işləri davam etdirilir.

Türkiyənin Fəlakət və Fövqəladə Vəziyyətin İdarəedilməsi Orqanı (AFAD) tərəfindən verilən açıqlamaya görə, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya ciddi, 409 binaya isə az və ya orta dərəcədə ziyan dəyib.