BAKI, 25 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.
Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.
Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.