Türkiyədə zəlzələ anında studiya, konsert zalı belə silkələndi - VIDEO

Zəlzələ anı Ömər Ağın aparıcılıq etdiyi “Panorama” proqramının canlı yayımı zamanı da kadrlara düşüb.
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, ötən axşam Türkiyənin Elazığ şəhərində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 20 nəfər ölüb, 1000-dən artıq şəxs isə yaralanıb. Ötən axşam baş verən zəlzələ anı telekanalların canlı yayımında, o cümlədən də konsert zalında kadrlara düşüb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, zəlzələ anı Ömər Ağın aparıcılıq etdiyi “Panorama” proqramının canlı yayımı zamanı da kadrlara düşüb. Bu an müəyyən qədər də olsa canlı yayımda təlaşa səbəb olub.

Canlı yayımdan olan görüntüləri təqdim edirik: