CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı tanınmış dükanlar şəbəkəsinə hücüm edən şəxs zərərsizləşdirildi

Tamin Məmmədov "Bazarstore" mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib.
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Bakıda 42 yaşlı kişi "Bazarstore" mağazasına bıçaqla basqın edib.

"Report"un xəbərinə görə, hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçəsinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov "Bazarstore" mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.

Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.