CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qusarın ən yaşlı seçicisi dünyasını dəyişib

Nazirat Vəlimətova son dəfə 2019-cu ilin dekabrında bələdiyyə seçkilərində səs verib. Həmin seçkilərdə o, ailə üzvlərindən xahiş edib ki, səs verməsi üçün evə seçki qutusunun gətirilməsini təmin etsinlər
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. 105 yaşlı Nazirat Vəlimətova dünyasını dəyişib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Qusarın Düztahir kənd sakini Nazirat Vəlimətova son dəfə 2019-cu ilin dekabrında bələdiyyə seçkilərində səs verib. Həmin seçkilərdə o, ailə üzvlərindən xahiş edib ki, səs verməsi üçün evə seçki qutusunun gətirilməsini təmin etsinlər.

Ailə üzvlərinin sözlərinə görə, onun arzusu Parlament seçkilərində də səs vermək olub. 

Qusarın ən yaşlı seçicisi dünyasını dəyişib

Ən yaşlı seçicinin 3 övladı, 10 nəvəsi və 25 nəticəsi var.