ABŞ-ın qorxduğu başına gəldi: Türkiyə "S-400"lər barədə təklifini verdi

Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb.
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyaya məxsus "S-400"lərin NATO-nun müdafiə sisteminə inteqrasiya olunmasını qiymətləndirmək üçün işçi qrupunun yaradılmasını təklif edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istindən xəbər verir ki, bunu Çavuşoğlu Davosda Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

"Narahatlıq bundan ibarətdir ki, "F-35" qırıcıları və "S-400" sistemləri uyğunsuzdur... Gəlin işçi qrupu yaradaq, NATO bu qrupa rəhbərlik edə bilər. Ekspertlərə bu məsələni öyrənməyə və öz qiymətləndirmələrini verməyə imkan verin".

"S-400"ləri anbarda toz basması üçün almamışıq – Çavuşoğlu

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, ötən il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.