SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Mixail Qusmanı “Şərəf” ordeni ilə təltif edib

Keçmiş bakılı, Rusiyanın aparıcı jurnalistlərdən biri Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Prezident İlham Əliyev Mixail Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda iştirak edib

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mixail Qusmanı təbrik edib.

Təbrik məktubunda deyilir:

"Hörmətli Mixail Solomonoviç.

70 illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırıb. Dəyişməz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyət formulu” layihəsi Sizin xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində bütün dünyada tamaşaçı auditoriyasında çox populyardır.

Prezident İlham Əliyev Davosda işgüzar görüşlər keçirir

Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm".