CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev Davosda işgüzar görüşlər keçirir

© AFP 2023 / FABRICE COFFRINIЭмблема Всемирного экономического форума в Давосе, Швейцария, 20 января 2020 года
Эмблема Всемирного экономического форума в Давосе, Швейцария, 20 января 2020 года - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev İsveçrədə "VTB Bank"ın prezidenti, “Carlyle Group” şirkətinin həmtəsisçisi və “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

BAKI, 21 yanvar — Sputnik. Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Sputnik Azərbaycan bildirir ki, dövlətimizin başçısı elə həmin gün bir neçə işgüzar görüş keçirib.

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb. Görüşdə “VTB Bank”ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu ilə “VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib.

Andrey Kostin təklifə müsbət yanaşdığını bildirib və dövlətimizin başçısını əmin edib ki, “VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

© Official website of President of Azerbaijan Republic
İlham Əliyev “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb - Sputnik Azərbaycan
1/3
İlham Əliyev “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevin “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub - Sputnik Azərbaycan
2/3
Prezident İlham Əliyevin “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə də görüşüb - Sputnik Azərbaycan
3/3
İlham Əliyev Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə də görüşüb
1/3
İlham Əliyev “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb
2/3
Prezident İlham Əliyevin “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub
3/3
İlham Əliyev Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə də görüşüb

Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olunub. Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin həmçinin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub. D.Rubenşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirdi və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirib. Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edilib. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Carlyle Group” arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Rusiya telekanalına müsahibə verdi

İlham Əliyev Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə də görüşüb. Görüşdə “CISCO” şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirilib. Qeyd olunub ki, “CISCO” şirkəti hazırda Azərbaycanda prioritet istiqamətlər üzrə layihələr reallaşdırmaqdadır. Bu layihələrin bir çoxunun ilkin mərhələləri artıq həyata keçirilib.

Prezident İlham Əliyev “CISCO” şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialı mövcuddur.

“CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirib və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin aparıldığını bildirib. Xanım Kelli Kramer qeyd edib ki, Azərbaycan “CISCO” şirkəti üçün regionda ən önəmli ölkədir.

Xəbər lenti
0