CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yuxarıdan getdi – Azərbaycanlı model "Oskar"lı aktyorla görüşməkdən imtina edib

Ruslana Cavadova sosial şəkəkə izləyicilərinə Hollivud ulduzu ilə tanışlığından və onunla görüşməkdən nə üçün imtina etdiyindən danışıb.
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Ruslana Gee adı ilə tanınan azərbaycanlı model və bloger Ruslana Cavadova onun xəyal etdiyi qədər cəlbedici olmadığı üçün dünyaca məşhur Hollivud aktyoru ilə ünsiyyətdən imtina edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ruslana bu barədə özünün "Instagram" səhifəsində yazıb. O, izləyicilərinə dünyaca məşhur ulduzla tanışlığından danışıb, lakin onun adını gizli saxlayıb. Model sadəcə onu deyib ki, həmin aktyor "Oskar" kino mükafatının sahibidir. Onunla mobil tanışlıq tətbiqinin köməyilə tanış olub.

"Ola bilsin, çoxları bunun feyk hesab olduğunu düşünə bilər, amma bu belə deyil. Birincisi, məşhurlar da bizim kimi adi insanlardır və onların da tənha olduğu vaxtlar olur. İkincisi, bizim gözləntilərimizin əksinə olaraq, bu adamlar məşhur olmayan şəxslərlə təmas qurmağın əleyhinə deyillər. Üçüncüsü, biz bir-birimizi adi tətbiq vasitəsilə tanımırdıq, ora hamı qəbul olunmur və qəbul edilən hər kəsin şəxsiyyəti yoxlanışdan keçirilir", - deyə Cavadova bildirib.

Azərbaycanlı model Playboy-da: Dovşana çevrilmək qərarına gəlib

İnternetdə aktyorun paparassilər tərəfindən çəkilmiş son şəkillərini görərək, kişinin çoxdan onun xatırladığı kimi olmadığını, daha doğrusu, onun qoca babalar kimi göründüyünü başa düşüb. Blogerin dediyinə görə, aktyor onunla öz mənfəətləri üçün əlaqə qurmaq istədiyindən, onunla yazışmaları dayandırmaq qərarına gəlib.

Ruslana Cavadova Bakıda anadan olub. Uşaq yaşlarından, hələ məktəbdə oxuyarkən moda və gözəllik sahəsinə böyük marağı olub. O, 2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda eyni adlı moda jurnalları ilə tanınan "L'Officiel Awards"-un illik mükafatları çərçivəsində iki nominasiya üzrə - "Ən yaxşı model" və "Ən yaxşı moda blogeri" - mükafatlarına layiq görülüb.

Cavadova həmçinin zərgərlik məmulatları dizayneridir. Əvvəlcə İstanbulda təhsil alıb, sonra təhsilini Los-Ancelesdə davam etdirmək qərarına gəlib. Hazırda Amerikada LACC kollecində təhsil alır və həmçinin blogerlik fəaliyyətini davam etdirir.