CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nurməhəmmədov revanşın şərtini açıqladı – Fantastik qiymət

“Ferqyusonla döyüşdən bir gün sonra bu məbləği ver, niyə də revanş olmasın ki? Amma bilmirəm Deyn Uayt bu qarşılaşmanı təşkil edə biləcəkmi" - deyə Abdulmanap Nurməhəmmədov bildirib.
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Həbib Nurməhəmmədovla Konor Makqreqorun revanş döyüşü baş tuta bilər.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Həbib Nurməhəmmədov həmkarı Konor Makqreqorun ikinci dəfə döyüşmək təklifinə razılıq verib. Revanş döyüşü isə yüksək pul müqabilində baş tutacaq.

Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov oğlunun İrlandiyalı döyüşçü ilə hansı məbləğə döyüşəcəyini açıqlayıb: "Bizə də Konor ilə yenidən döyüşmək lazımdır. Ancaq bunun üçün 100 milyon dollar verilməlidir. Ferqyusonla döyüşdən bir gün sonra bu məbləği ver, niyə də revanş olmasın ki? Amma bilmirəm Deyn Uayt bu qarşılaşmanı təşkil edə biləcəkmi" - deyə Abdulmanap Nurməhəmmədov bildirib.