BAKI, 18 yanvar — Sputnik. Rövnəq Abdullayev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə AFFA-nın saytında məlumat yerləşdirilib.
Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.
Digər bir xəbərə görə, İcraiyyə Komitəsinə namizədlər də bəlli olub.
Qurumun Nizamnaməsinin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Bu gün qeyd olunmuş müddət başa çatıb. İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən
2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Zaur Axundov – “Keşlə” FK tərəfindən
2. Rauf Əliyev – “Səbail” FK tərəfindən
3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən
4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən
5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən
2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən.