CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Konorun əsas hədəfi faş oldu: "Bunu sirr kimi saxlamağın mənası yoxdur"

"Konor bütün varlığı ilə revanş qarşılaşması üçün alışıb-yanır. Bunu sirr kimi saxlamağın da mənası yoxdur. Əgər şənbə günü o, qələbə qazanarsa, Konoru çoxdan istədiyi qarşılaşma gözləyir"
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Konor Həbiblə revanşa çıxa bilər. Bunun üçün Serroneni məğlub etmək yetərlidir. Sputnik Azərbaycan xəbər verir ki, Konor Makqreqor Həbib Nurməhəmmədova məğlub olduqdan sonra amansız döyüş azarkeşlərinin 15 aylıq intizarına son qoyub. Onun Donald Serrone ilə qarşılaşmasını canlı izləmək istəyənlər üçün ciddi problem yaranıb. Belə ki, biletlər satışa çıxar-çıxmaz ajiotaja səbəb olub. Bir neçə dəqiqə ərzində biletlər tam olaraq satılıb.

Makqreqor qələbə qazanacağı təqdirdə Həbib və ya Fergüssonla qarşılaşacaq. Promouşn rəhbəri Deyn Uayt bu görüşün həddən artıq vacib olduğunu söyləyib: "Konor bütün varlığı ilə revanş qarşılaşması üçün alışıb-yanır. Bunu sirr kimi saxlamağın da mənası yoxdur. Əgər şənbə günü o, qələbə qazanarsa, Konoru çoxdan istədiyi qarşılaşma gözləyir".

Qeyd edək ki, Konor Makqreqor və Donald Serrone arasında görüş 19 yanvar tarixində Bakı vaxtilə səhər saat 07:00-da start götürəcək.