BAKI, 17 yanvar — Sputnik. Tallinin Sputnik Estoniya-nın işçilərinə münasibətdə hərəkətləri hiddətləndiricidir və Avropa İttifaqının (Aİ) bu məsələdə hərəkətsizliyi onun nüfuzuna bir daha ləkə gətirir.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov deyib.
"Sputnik-lə bağlı konkret hərəkətlərə gəldikdə isə məncə bu hiddətləndiricidir. Biz hər gün ATƏT-dən reaksiya tələb edirik. Avropa Şurasından az-çox (bunu – red.) ittiham edən tirada eşidildi. Avropa İttifaqının diqqətinə çatdırırıq ki, onun üzvləri Avropanın elan edilmiş, qorunan dəyərlərinə zidd hərəkət edirlər. Aİ-nin heç bir şey edə bilməməsi Aİ-nin nüfuzuna daha bir ləkədir. Artıq bu cür ləkələri çox görmüşük", - Lavrov illik mətbuat konfransında deyib.
Xatırladaq ki, Sputnik Estoniya-nın əməkdaşları cinayət məsuliyyəti təqibi təhdidlərinə görə 2020-ci il yanvarın 1-dən etibarən redaksiya ilə əmək münasibətlərini kəsmək məcburiyyətində qalıblar.
Bu hərəkətlər Avropa İttifaqı tərəfindən 2014-cü il martın 17-də Ukraynadakı hadisələrin fonunda bir sıra fiziki və hüquqi şəxslərə qarşı tətbiq olunmuş sanksiyalarla əsaslandırılır. Lakin Aİ sanksiyaları Sputnik-in daxil olduğu "Rossiya Seqodnya" BİA-ya qarşı deyil, şəxsən agentliyin baş direktoru Dmitri Kiselyova qarşı tətbiq edilib.
Sputnik Estoniya-nın rəhbəri polisə müraciət etdi: sanksiyalara yenidən baxılmalıdır
Estoniya Xarici İşlər naziri Urmas Reynsalu cümə axşamı RİA Novosti-yə verdiyi açıqlamada bildirib ki, ölkəsi Sputnik-in əleyhinə deyil, Kiselyova qarşı tətbiq edilmiş fərdi sanksiyalarla əlaqədar Aİ-nin sanksiya siyasətini yerinə yetirir.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir bir müddət öncə deyib ki, Aİ-nin Dmitri Kiselyova qarşı tətbiq etdiyi fərdi sanksiyaların bütün agentliyə və jurnalistlərə şamil edilməsi mətbuat azadlığı sahəsində problem yaradır.
Öz növbəsində ATƏT-in baş katibi Tomas Qreminger qeyd edib ki, media azadlığının təmin olunması ilə bağlı öhdəliklər Helsinki Aktında təsbit edilib.