İDMAN

Milli yığmaya bu əcnəbi mütəxəssis məşqçi gətirilir

2018-ci ilin yayından "Astana"da işləyən Qriqorçuk bu ay klubdan ayrılıb. Hazırda mütəxəssis işsizdir.
Sputnik

BAKI, 16 yanvar — Sputnik. "Astana"dan ayrılan Roman Qriqorçuk Azərbaycan millisinin baş məşqçisi ola bilər. Sputnik Azərbaycan Ukrayna mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis AFFA ilə danışıqlar aparır. 2018-ci ilin yayından "Astana"da işləyən Qriqorçuk bu ay klubdan ayrılıb. Hazırda mütəxəssis işsizdir.

Qeyd edək ki, o, 2015-2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub və ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Məşqçinin rəhbərliyi altında "Astana" Qazaxıstan çempionluğunu və superkuboku qazanıb. O, Avropa Liqasının qrup mərhələsində məşhur "Mançestr Yunayted" klubunu məğlub etməyi bacarmışdı.