RUSİYA

Rusiya hökuməti istefaya gedir

Dmitri Medvedev Prezident Vladimir Putinin Federal Məclisə müraciətindən sonra Rusiya hökumətinin tam tərkibdə istefaya getdiyini açıqlayıb
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Rusiyanın Baş naziri Dmitri Medvedev gözlənilməz bəyanatla çıxış edib.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, Medvedev Prezident Vladimir Putinin Federal Məclisə müraciətindən sonra Rusiya hökumətinin tam tərkibdə istefaya getdiyini açıqlayıb. 

Böyük Vətən Müharibəsinin həqiqətlərinin qorunmasına ehtiyac var – Putin

"Vladimir Vladimiroviç <...> Konstitusiyaya bir sıra fundamental dəyişiklik edib <...>. Bu, nəinki Konstitusiyanın bir sıra maddələrində, ümumilikdə hakimiyyət balansında əhəmiyyətli dəyişikliklərdir. <...> İcra hakimiyyəti, qanunverici hakimiyyət, məhkəmə hakimiyyəti. Bu kontekstdə biz birmənalı surətdə hökumət olaraq <...> ölkə başçısına bunun üçün lazım olan bütün qərarları qəbul etmək imkanı verməliyik. Və bu şəraitdə hesab edirəm ki, Konstitusiyanın 117-ci maddəsinə əsasən hazırkı tərkibdə hökumətin istefa verməsi düzgün olardı", - deyə o, dövlət başçısı ilə görüşdə bildirib.

Prezident Vladimir Putin “hər şeyin alınmamasına baxmayaraq” hökumət üzvlərini əməkdaşlıqlarına görə təşəkkür edib. Rusiya lideri həmçinin yaxın vaxtlarda Nazirlər Kabinetinin hər bir üzvü ilə görüşəcəyini də deyib. O, hələ ki, onlardan vəzifə borclarını tam şəkildə yerinə yetirmələrini xahiş edib.

Bundan əlavə, prezident Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təsis etmək və bunu Medvedevə təklif etmək niyyətində olduğunu bildirdi. Putinin fikrincə, bu vəzifədə Nazirlər Kabinetinin hazırkı rəhbəri müdafiə qabiliyyəti və təhlükəsizlik mövzuları ilə məşğul ola bilər.

Qeyd edək ki, bu gün Federal Məclisə müraciətində Rusiya Prezidenti Vladimir Putin bir sıra vacib bəyanatlar verib. Məsələn, Putin prezidentlik müddətlərinin sayının məhdudlaşdırılmasını prinsipial məsələ hesab etmədiyini, amma bununla razı olduğunu deyib.

Putin prezidentlik müddətlərinin sayının məhdudlaşdırılması məsələsindən danışdı
“Bu məsələnin prinsipial olduğunu düşünmürəm, amma bununla razıyam”, - Rusiya prezidenti bildirib.

O, həmçinin prezident səlahiyyətlərinin bir hissəsini parlamentlə bölüşmək təklifini verib.

Vladimir Putin Dövlət Dumasını Rusiya Federasiyası hökumətinin təsdiqlənməsində, Federasiya Şurasını isə güc nazirliklərinin rəhbərlərinin, habelə regional prokurorların təyin olunmasında iştirak etməyə dəvət edib.