CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Qarnizonuna döyüş hazırlığının yüksəldilməsi barədə tapşırıq verilib

Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ötən ildə qarnizon ərazisində görülən işlər, əldə olunan uğurlar barədə çıxış edib
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində 2019-cu ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunan müşavirə keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Bakı Qarnizonuna döyüş hazırlığının yüksəldilməsi barədə tapşırıq verilib

Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ötən ildə qarnizon ərazisində görülən işlər, əldə olunan uğurlar barədə çıxış edib. O, 2020-ci ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müvafiq tapşırıqları vəzifəli şəxslərə çatdırıb.