RUSİYA

Merkel Moskvaya səfər edəcək – Putinlə görüş olacaq

Merkel və Putin Yaxın Şərqdəki vəziyyəti, İran, Liviya böhranı daxil olmaqla beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Bu gün Almaniya Kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edəcək.

Makron birinci, Merkel ikinci – Tramp və Ərdoğana isə inam yoxdur

Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir ki, Merkel və Putin Yaxın Şərqdəki vəziyyəti, İran, Liviya böhranı daxil olmaqla beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər.

Tərəflərin həmçinin, "Şimal axını -2" qaz kəmərinin tikintisini də müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 20-də "Şimal axını-2" və "Türk axını" qaz boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan müdafiə büdcəsini təsdiqləyib.

ABŞ podratçı şirkətlərdən tikintini dərhal dayandırmağı tələb edib. "Şimal axını-2" boru xəttini çəkən "Allseas" işlərini dayandırıb.