İŞİD Süleymaninin öldürülməsini alqışladı: "İlahi müdaxilə" idi

Qruplaşma yaydığı bəyanatda bildirib ki, onun düşmənlərinin bir-biri ilə vuruşaraq buna güclərini və resurslarını xərclədikləri bir vaxtda cihadçılar yenidən qruplaşa biləcəklər
Sputnik

BAKI, 11 yanvar — Sputnik. İŞİD terrorçu təşkilatı İranlı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsini alqışlayıb. Sputnik Azərbaycan qərb mediasına istinadən xəbər verir ki, bu barədə bəyanat terrorçu təşkilatın "al-Naba" adlı həftəlik qəzetində dərc olunub.

Qasım Süleymani basdırıldı

Qruplaşma yaydığı bəyanatda bildirib ki, onun düşmənlərinin bir-biri ilə vuruşaraq buna güclərini və resurslarını xərclədikləri bir vaxtda cihadçılar yenidən qruplaşa biləcəklər.

İŞİD həmçinin Qasım Süleymaninin öldürülməsini "ilahi müdaxilə" adlandıraraq, bunun cihadçıların xeyrinə olacağını deyib.

İranın "Qüds" qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsindən sonra Birləşmiş Ştatların rəhbərliyi altında vuruşan beynəlxalq koalisiya İŞİD-ə qarşı bütün əməliyyatlara fasilə verdiyini və diqqətini İranın Amerikaya qarşı mümkün "təcavüzünə" yönəltdiyini bəyan edib. Bundan başqa ölkədəki qərblilərin İranın zərbələrinə tuş gələcəyi qorxusu ilə NATO heyətinin bir hissəsini ölkədən çıxarıb. Almaniya hətta hərbçilərini İraqdan İordaniyaya və Küveytə köçürüb.

Qeyd edək ki, Qasım Süleymaninin Amerika ordusunun keçirdiyi əməliyyatda öldürməsindən sonra İraq hökuməti və parlamenti amerikalı əsgərlərin ölkədən çıxmasını tələb edib.

Süleymani paradoksu: ABŞ yüksək texnologiyalı rəqibə öz iradəsini diktə edə bilmir

General Qasım Süleymani və İraqın şiə qoşunlarının komandir müavini Əbu Mehdi əl-Mühəndis yanvarın 3-ü gecə saatlarında ABŞ ordusunun Bağdad hava limanı yaxınlığında keçirdiyi əməliyyatda öldürülüblər. Vaşinqton Süleymanini və əl-Mühəndisi Bağdaddakı ABŞ səfirliyinə hücumu təşkil etməkdə günahlandırıb. Xatırladaq ki, dekabrın sonlarında ABŞ-ın İraq və Suriyada "Kətaib Hizbullah" şiə qruplaşmasına məxsus obyektlərə zərbələr endirməsindən sonra Bağdaddakı səfirlik binasına hücumlar edilib.