Qonşuda həyəcan artır: Qrip qurbanlarının sayı 8-ə çatdı

Bu mövsüm insanlar arasında yüngül və orta ağır simptomlarla özünü biruzə verən B qrupu qrip virusunun yayıldığı deyilir
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Gürcüstanda qrip qurbanlarının sayı 8-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, Tbilisidə xəstəxanaların birində 30 yaşlı qadın qrip virusundan dünyasını dəyişib.

Gürcüstandan Azərbaycana "donuz qrip"i təhlükəsi - Baş epidemioloqdan şərh

Yaxınlarının sözlərinə görə, gənc qadının vəziyyəti yanvarın 6-da pisləşib. Əvvəlcə o “Kaspi” xəstəxanasına yerləşdirilib. Yaxınlarının tələbindən sonra onu Tbilisiyə gətirərək, paytaxt xəstəxanalardan birinə yerləşdiriblər.

Qadın yanvarın 8-də dünyasını dəyişib. Onun 3 uşağı varmış. Yaxınları bu vaxta qədər qadının səhhətində heç bir problemin və heç bir xroniki xəstəliyinin olmadığını bildiriblər.

Gürcüstan mətbuatına görə, bu, qrip virusundan 8-ci ölüm faktıdır. Yanvarın ilk həftəsinin statistikasına görə, 191 nəfərdə qrip virusu ilə qeydə alınıb.

Bu mövsüm insanlar arasında yüngül və orta ağır simptomlarla özünü biruzə verən B qrupu qrip virusunun yayıldığı deyilir.

Ötən il qrip ağırlaşması ilə 22 nəfər dünyasını dəyişib.