HADİSƏ

Üç gün əvvəl itkin düşmüş şəxsin meyiti tapıldı

Ruhi əsəb xəstəsi olan kənd sakininin meyiti bu gün evlərinin yaxınlıqdakı işləməyən obyektlərdən birində aşkar olunub
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 yanvar – Sputnik. Üç gün əvvəl itkin düşmüş Bərdə sakininin meyiti tapılıb.

Paytaxtda əcaib qətl – Evi qarət edib, sonra yandırdılar

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Bərdə rayonunun Zümürxan kənd sakini Qədim Quliyevin axtarışında polislə bərabər kənd sakinləri də iştirak ediblər. Kənd sakininin meyiti bu gün evlərinin yaxınlıqdakı işləməyən obyektlərdən birində aşkar olunub.

Məlumata görə, 1958-ci il təvəllüdlü Qədim Quliyev ruhi əsəb xəstəsi olub. Vaxtaşırı dispanser müalicəsi alıb. Son günlər əsəblərində yaranmış gərginliyə görə yenidən dispanser müalicəsinə aparılması nəzərdə tutulubmuş.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.