CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı model Playboy-da: Dovşana çevrilmək qərarına gəlib

Model Leyla Əliyeva özünü yarım əsr əvvəl ilk dəfə Amerika restoranında istifadə edilən qeyri-adi obrazda sınamaq qərarına gəlib
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Azərbaycanın ən açıq-saçıq modellərindən biri - Leyla Əliyeva Playboy dovşanı obrazında fotosessiya edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Super Lady of the world" beynəlxalq gözəllik yarışında üçüncü yeri tutandan sonra Əliyeva Bakıya qayıdaraq yeni fotosessiya çəkdirmək qərarına gəlib.

O, hər dəfə öz işləri ilə hər kəsi təccübləndirir. Bu dəfə isə fotokameranın qarşısına məşhur evdovşanı obrazında keçib.

Xatırladaq ki, Playboy kostyumu 1960-cı ildə ilk dəfə eyniadlı jurnalın çıxdığı Çikaqodakı klubların birində meydana gəlib. Xarakterik dovşan qulaqcıqları və quyruğu taxan qızlar ofisiant və hostes vəzifəsini icra ediblər.

Leyla Əliyeva müxtəlif reklam layihələrində, fotosessiyalarda, fəal iştirak edir, bundan əlavə açıq-saçıq xarakterli şəkillər çəkdirir. O, World Beauty Championship Dubai-2017, The Miss Best Swimmin-2017, Lady Of Best Body-2018 və digər beynəlxalq gözəllik müsabiqələrinin qalibidir.