İDMAN

“Zibil olimpiadası” - Tokio idmançıları fərqli formada qarşılayacaq

İdmançılara təqdim olunacaq medallar da artıq tullantılardan hazırlanacaq. Olimpiya oyunları üçün yandırılan məşəlin özülü isə alüminium tullantılarından olacaq
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Yaponiya hökuməti Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarına fərqli hazırlaşır. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, qonaqları qarşılamaq üçün bu dəfə elə də çox vəsait xərclənməyəcək.

Olimpiadaya gedirik: Bir təmsilçimiz var, o da rusiyalı fiquristdir

Belə ki, Tokionun Olimpiya Oyunlarında qonaqları qarşılamaq üçün 18 min, Paralimpiya Oyunlarında isə 8 min çarpayıya ehtiyacı var. Bu tələbatı ödəmək üçün onlar artıq tullantılardan istifadə edərək müxtəlif dəstlər hazırlayırlar. Çarpayıların döşəkcələri istifadə olunmuş plastik tullantıların yenidən emalı nəticəsində meydana gələn polietilen materiallardan olacaq. Bu çarpayıların uzunluğu isə 2.10 metr, yüklənmə çəkisi isə 200 kiloqram olacaq.

Bundan başqa, idmançılara təqdim olunacaq medallar da artıq tullantılardan hazırlanacaq. Olimpiya oyunları üçün yandırılan məşəlin özülü isə alüminium tullantılarından olacaq.

Yaponiya bununla ekoloji dost ölkə olduğunu bir daha bəyan edir.

Qeyd edək ki, Tokio Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək, Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.