CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir qız itkin düşüb: bu dəfə Şəmkirdə - FOTO

Şəmkir sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Şəmkir rayonunda 17 yaşlı qız itkin düşüb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına istinadla xəbər verir ki, Şəmkir sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daha bir qız itkin düşüb: bu dəfə Şəmkirdə - FOTO

X.Həsənovanın əlamətləri: boyu 167 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Daha bir qız itkin düşüb: bu dəfə Şəmkirdə - FOTO

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.