BAKI, 9 yanvar — Sputnik. 2019-cu il ərzində evlənmək istəyən 135 551 nəfər müayinədən keçib. Onlardan 3 658 nəfərdə talassemiya daşıyıcılığı, 381 nəfərdə sifilis, 150 nəfərdə QİÇS aşkarlanıb. B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan Sputnik Azərbaycan-a verilən məlumata görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüyün sayı 46 olub.
Ümumilikdə 2015-ci ildən indiyədək 635 364 nəfər müayinədən keçib. Onlardan 21 893 nəfərdə talassemiya daşıyıcılığı, 2 061 nəfərdə sifilis, 605 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 235 olub.