SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK-ya daxil olan istənilən məsələ araşdırılır – Məzahir Pənahov

Əgər hansısa müraciət onlara daxil olubsa, onun həlli qanunun tələbinə müvafiq olaraq həyata keçirilməlidir.
Sputnik

BAKI, 8 yanvar — Sputnik. "MSK-ya daxil olan bütün məsələlər araşdırılır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

"Əgər hansısa müraciət onlara daxil olubsa, onun həlli qanunun tələbinə uyğun həyata keçirilməlidir. MSK çatışmazlıqları aradan qaldırmaq üçün bütün addımları atacaq. Heç bir komissiyanın prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur. İstənilən məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir", - deyə Məzahir Pənahov vurğulayıb.