SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Amerika faciəsi" - "Böyük Şeytan" üçün qiyamətin 13 ssenarisi

Şamhaninin sözlərinə görə, hazırlanan ssenarilərdən hətta "ən kiçiyi" belə "Amerika üçün kabusa çevriləcək".
Sputnik

BAKI, 7 yanvar — Sputnik. İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Şamhani bəyan edib ki, rəsmi Tehranın general Qasım Süleymaninin qətlinə görə ABŞ-a qarşı 13 intiqam ssenarisi var. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Şamhaninin sözlərinə görə, hazırlanan ssenarilərdən hətta "ən kiçiyi" belə "Amerika üçün kabusa çevriləcək".

Xatırladaq ki, general Qasım Süleymani yanvarın 3-də İraq hava limanında öldürülüb. Onun olduğu avtomobil ABŞ-ın raket zərbəsi ilə məhv edilib.

Bundan sonra İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Ölkə parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinə son qoyulmasına səs verib. Parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını bəyənib.