CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölən sərnişin bu şəhərdən gəlibmiş

Azərbaycan vətəndaşı, 1949-cu il təvəllüdlü Rzayev Mətləb Ağaşirin oğlu gözləmə zalında ürək tutmasından dünyasını dəyişib.
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib.

Sputnik Azərbaycan hüquq mühafizə orqanlarının məlumatına istinadən xəbər verir ki, hadisə yanvarın 3-də baş verib. Belə ki, Kiyev-Bakı reysi ilə Azərbaycana qayıdan Azərbaycan vətəndaşı, 1949-cu il təvəllüdlü Rzayev Mətləb Ağaşirin oğlu gözləmə zalında ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.