TƏHLİL

Azərbaycan idmançıları 2019-da hansı ilklərə imza atdılar – Sənan Şəfizadə açıqlayır

İdman şərhçisi Sənan Şəfizadə deyir ki, çox sayda medal qazanmağımıza baxmayaraq, bu ili bəzi federasiyalar üçün uğurlu saymaq olmaz
Sputnik

Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır. Bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə nitq söyləyərkən deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, ümumilikdə 2019-cu ili Azərbaycan idmanı üçün uğurlu il saymaq olar:

“Bu il Azərbaycan idmanında bir çox ilklər qeydə alındı. Müstəqillik qazanmağımızdan bu yana idmanımız hər il nəticələrini yaxşılaşdırır. Çox sayda medal qazanmağımıza baxmayaraq, bu ili bəzi federasiyalar üçün uğurlu saymaq olmaz. İdmançılarımız 2019-cu il ərzində 750-dən çox medal qazanıblar. On milyonluq ölkə üçün bu nəticələr çox müsbətdir. Ümidimiz odur ki, idmançılarımız Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqələrin sayını artıracaq və uğurla çıxış edəcəklər”.

Sənan Şəfizadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz