“Beynəlxalq yarışlardan idmançılarımızın xoş soraqları gəldi. İl ərzindən 775 medal qazanılıb. Onlardan 327-si olimpiya idman növlərinin payına düşür. Bu o deməkdir ki, bayrağımız gün ərzində ən azı 2 dəfə dalğalanıb”. Bu fikirləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2019-cu ilin idman yekunları ilə bağlı keçirilmiş tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov deyib.
İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu il Tokioda keçiriləcək yay olimpiya oyunlarına hazırlığın sonuncu ili olduğu üçün keçirilən beynəlxalaq yarışların nəticələri daha çox önəm kəsb edirdi:
“İl ərzində əksər idman növlərində qazandığımız nəticələr öyünməyə imkan verir. Bununla belə bəzi idman növlərində hələ istənilən nəticə əldə olunmayıb. Ümumilikdə isə ilin yekunlarını uğurlu saymaq olar”.
Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz