HADİSƏ

Bərdəli oğrular "Yetim"in bayramını qara gətirdilər

Bərdə şəhərində “Yetim Elman” kimi tanınan Elman Bağırova məxsus çayxanada oğurluq hadisəsi baş verib.
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 1 yanvar - Sputnik. Yeni il axşamı Bərdənin oğruları iş başında olublar.

Rayon sakini Vüsal Qəribzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Bərdə şəhərinin Bakı küçəsində “Yetim Elman” kimi tanınan Elman Bağırova məxsus çayxanada oğurluq hadisəsi baş verib. Çayxanaya məxsus televizor, maye qaz balonu, modem qənimət kimi ələ keçirilib.

Faktla bağlı araşdırma aparılır.