Ərəblər ABŞ səfirliyinə hücum etdilər

Səfirliyin mühafizəsi divar arxasına keçib, etirazçılar isə binaya su butulkaları ataraq xarici müşahidə kameralarını sındırıblar. "Hizbullah"ın bir neçə bayrağını isə səfirliyin hasarının üstündən asıblar
Sputnik

BAKI, 31 dekabr — Sputnik. Bağdadın yüzlərlə sakini ABŞ-ın bu ölkədəki səfirliyinin binasına hücum edib.

Sputnik Azərbaycan The Independent-ə istinadən bildirir ki, buna səbəb ABŞ hərbçilərinin ölkə ərazisindəki "Hizbullah" təşkilatının obyektlərinə aviazərbələr endirməsidir.

ABŞ "Hizbullah"ın beş məntəqəsini partlatdı

Hücum Amerika təyyarələrinin atdığı bombalardan həlak olanların dəfn mərasimi bitdikdən sonra başlayıb. İraqlılar səfirliyin ətrafındakı xüsusi mühafizə zonasını keçərək onun divarlarına yaxınlaşıblar. Hadisə yerində olan jurnalistlərin məlumatına görə, kütlə İraq və "Hizbullah" bayraqlarını yelləyərək şüarlar qışqırıb. 

Səfirliyin mühafizəsi divar arxasına keçib, etirazçılar isə binaya su butulkaları ataraq xarici müşahidə kameralarını sındırıblar. "Hizbullah"ın bir neçə bayrağını isə səfirliyin hasarının üstündən asıblar.

Səfirlik əməkdaşları təxliyə ediliblər.

Dekabrın 29-da ABŞ Qərbi İraqda üç, Şərqi Suriyada isə iki "Hizbullah" obyektinə aviazərbələr endirib. Hücum nəticəsində 30-dan çox insanın öldüyü, 45 nəfərin yaralandığı bildirilir.