CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir Bakıdakı dörd məktəblə bağlı əmr verdi

Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqlar pilot təhsil müəssisələrinə göndəriləcəklər
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Təhsil naziri Ceyhun Bayramov "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi barədə əmr imzalayıb.

Attestat ala bilməyənlərə son şans

Sputnik Azərbaycan-ın xəbərinə görə, əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) pilot təhsil müəssisələrində - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli tam orta məktəb və Sabunçu rayonu 252 nömrəli məktəb-liseydə "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığını təmin etmək tapşırılıb.

Əmrdə göstərilib ki, BŞTİ inklüziv təhsilin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı təkliflərini təqdim etməli, Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot təhsil müəssisələrinə göndərilməsini təmin etməlidir.