İQTİSADİYYAT

"Azərxalça"ya 17 milyon manat veriləcək

Göstərilən məbləğdə maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, digər məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Prezident İlham Əliyev yunəyirici-boyaq fabrikinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, sənəddə deyilir: "Yunəyirici-boyaq fabrikinin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.13-cü yarımbəndində göstərilmiş məbləğin 17 535 600 (on yeddi milyon beş yüz otuz beş min altı yüz) manatı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın".

Göstərilən məbləğdə maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, digər məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.