Əlcəzair hazırlıqlara başladı – Türkiyənin Liviyaya qoşun göndərməsinə görə

Prezidentin ofisinin yaydığı məlumata görə, görüş zamanı "regiondakı, xüsusilə də Liviya və Mali ilə sərhədlərdəki vəziyyət müzakirə olunub"
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Əlcəzairin yeni seçilmiş prezidenti Əbdülməcid Tebbun Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Liviyada vəziyyət gərginləşir, Türkiyə Moskvaya nümayəndələr göndərdi

Sputnik Azərbaycan "RT" agentliyinə istinadən xəbər verir ki, ən yüksək təhlükəsizlik strukturunun iclası Türkiyənin qonşu Liviyaya qoşun göndərəcəyinə dair bəyanatından sonra təcili tədbirləri müzakirə etmək üçün keçirilib.

Prezidentin ofisinin yaydığı məlumata görə, görüş zamanı "regiondakı, xüsusilə də Liviya və Mali ilə sərhədlərdəki vəziyyət müzakirə olunub". Eləcə də sərhədlərin və ərazinin müdafiəsinin gücləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Yanvarın əvvəllərində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan elan edib ki, BMT tərəfindən tanınan Tripoli hökumətini feldmarşal Xəlifə Həftardan müdafiə etmək üçün Liviyaya qoşun göndərilməsi ilə bağlı parlamentdə səsvermə keçiriləcək.