BAKI, 28 dekabr — Sputnik. Bakıda üçüncü "DOST" Mərkəzi 2 aydan sonra fəaliyyətə başlayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, gələn il Quba, Sabirabad, Şəki, Bərdə, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində "DOST" mərkəzlərinin açılması işlərinə başlanılacaq: "Ən azı 6 mərkəzin gələn il istifadəyə verilməsi gözlənilir. Əgər gələn il bu işlərə nail olsaq, onda Azərbaycanın əhali baxımından 60 faizini, ərazi baxımından 40 faizini əhatə etmiş olacağıq".
S.Babayev, həmçinin qeyd edib ki, Bakıda ümumilikdə 5 mərkəz, regionlarda isə 26 "A" kateqoriyalı "DOST" Mərkəzi olacaq.