CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qocalar “ordu”suna səslənən müraciət: meydanı tərk edin, biz gəlirik

Onlara kim baxacaq? Kim qayğı göstərəcək? Sualın dəqiq cavabı yoxdur, deyəsən, qocalar elə qocaların ümidinə qalacaq
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Dünyanın əhalisi sürətlə qocalır. Özü də inkişaf etmiş ölkələrdə bu proses daha da intensivləşib. Təbii artım az, pensiya yaşına çatmış insanların sayı isə çoxdur. Hətta Çin kimi əhalisi çox olan ölkədə əhalinin qocalması bəlkə də Avropadan da intensiv gedir, çünki artımın qarşısını almaq üçün vaxtilə bir uşaq kvotası tətbiq edilib. Nəticədə Çində bacı-qardaş anlayışı tədricən ortadan çıxıb.

Qocalıq yaşı neçədir?

Çində ikinci övladı üçün 200 min dollar cərimə ödəmək lazım gəlirdi

İndi bu qayda ortadan qaldırılsa da, vaxtilə Çində ikinci uşaq qaydasını pozanları ciddi cəza gözləyirdi. Yaşadığı bölgəyə görə təyin olunan illik gəlirin 4-8 misli qədər cərimə təyin oluna bilərdi. Çinin bəzi varlı bölgələrində ikinci övladı dünyaya gətirmək üçün 200 min dollar cərimə ödəmək lazım olurdu. Bu qədər pulu olmayanlar isə ikinci uşağı hər yolla başdan eləməyə çalışırdılar. Məsələn, bəzi qeyri-rəsmi məlumata görə, Çində adi pasportu olmayan 100 milyona yaxın vətəndaş var. Bu insanlar sadəcə ailənin ikinci övladlarıdır, şəhərdə anadan olub uzaq kəndlərə göndəriliblər. Çinin əsas əhalisi isə tədricən qocalır. Çox ailədə bir övlad, ana-ata, baba-nənə yaşayır. Həmin bu gənc isə bu qədər yaşlı insanın yükünü çəkməlidir.

Avropanın inkişaf etmiş ölkələrində yüksək həyat tərzi, ekoloji təmiz qida, inkişaf etmiş tibb sistemi hesabına qocaların sayı artır. Eyni vəziyyət Yaponiya, Cənubu Koreyada baş verir. Uzun ömürlülük adi hala çevrilib. Yaşlı insanların sayı durmadan artdığından pensiya yaşı da ildən-ilə yüksəlir. Haradasa 20-25 il öncə qadınlar 55, kişilər 60 yaş həddində pensiya çıxırdılarsa, hazırda, demək olar hər yerdə bu göstərici 5 il qabağa sürüşdürülüb. Bəzi ölkələrdə isə hətta 67 yaşdan pensiyaya gedirlər. Gənclərin ümumi sayı azaldıqca, həm iqtisadiyyatın problemləri çoxalır, həm də yaşlı insanların dolanışığı çətinləşir.

“Atalar və oğullar”ın qarşıdurması xeyli güclənib

Qocalıq çətin dövrdür, heç də hər məsələ pulun hesabına həll olmur. Adətən pensiyaçıların daim tibbi müayinə almaq ehtiyacı var. Yaş artdıqca Altsheymer, parkinson, dağınıq skleroz kimi xəstəlikləri qocaların özünü idarə etmək imkanlarını azaldır, deməli bu “ordu”ya kimsə qulluq etməlidir. Başlı-başına qoysan, ya evi yandırar, ya da qısa qapanma kimi başqa bir təhlükə törədə bilər. Səbəbi ekologiyanın pozulmasındandır ya pis qidalanmadan, demək çətindir. 100 il öncə ahıllıq həddinə çatan insanlarda bu qədər xəstəlik aşkarlanmırdı, çünki xəstə olanı ya dünyadan cavan gedirdi, ya da elə son gününə kimi sağlam gəzirdi. İndi hər cür dərman var, ən ümidsiz xəstəni ayaq üstə qoyub diriltmək olar.

İlahiyyatçı: “Gənclər din haqqında məlumatları ziyalıların dilindən eşitməlidirlər”

Müasir dövrdə “atalar və oğullar”ın qarşıdurması xeyli güclənib. Bunu biz hətta Azərbaycanda da müşahidə edirik. Gənclər özünə yer eləmək üçün pensiya yaşına çatmış insanların ortadan çıxmasını çox arzu edirlər. Sosial mediada gənclərin dilindən pensiya yaşına çatmışlara yönələn postları tez-tez müşahidə edirik.

Bir dənə 82 yaşlı deputata ayda 4 min verməkdənsə...

“Yəqin ki, pensiya yaşı ATU kafedralarinda kök salmış kafedra müdirləri və dosentlərə də şamil ediləcək”, “Parlamentdə təmsil olunan və yaşı 70-i, 80-ni keçən deputatlar arasında mandatdan imtina edənlərin olacağına elə də inanmıram. Mən şəxsən parlamentdə təmsil olunsaydım və yaşım 70-i keçsəydi, mütləq istefa ərizəsi yazıb mandatımı təhvil verərdim”, “Yaşı 80-i keçmiş məmurlara qoca deməyə cəsarəti çatmayanlar 40-ı keçənləri gənc adlandırır. Gənclik 35-də bitir, həzərat”, “Bir dənə 82 yaşlı deputata ayda 4 min verməkdənsə, iki nəfər 41 yaşlı deputat seçib, hərəsinə 2 min manat maaş vermək yaxşıdır” tipli müraciətlərin konkret ünvanı var. Yəni meydanı tərk edin, biz gəlirik.

Ola bilər, nəsillər arasında qarşıdurma daha da güclənəcək, çünki texnologiyanın inkişafı bir tərəfdən insan ömrünün uzanmasına imkan yaradır, digər tərəfdən yeni nəsildən daha çox bilik və bacarıq tələb edir, üçüncü tərəfdən isə iş yerlərinin daha da azalmasına səbəb olur. Süni intellekt, ağıllı əşyalar, robotlar tədricən insanı bir çox sahədən sıxışdırıb çıxardır. Pensiya yaşı yüksək, iş yerini qoyub getmək istəyi yox, gənclərin də özünü təsdiqləmək imkanı minimaldır.

Deyəsən, qocalar elə qocaların ümidinə qalacaq

Qocalan dünyada gənclərə yer tapılmır. Hansı qapını döysələr, onların qarşısında bir ətək tələb qoyulur: onu bilməlisən, bunu bilməlisən, hər məsələdən xəbərin olmalıdır. İngilisi də, rusu da bilməlisən, təlim və kurslardan bir ətək sertifikat də gətirməlisən.

Özəl fondlar gəlir: Pensiya yaşına çatmadan təqaüd almaq mümkün ola bilər

Azərbaycanda həmişə yaşlı insanlara hörmət edilib. Ağsaqqala, ağbirçəyə yer vermək, nəzakətlə davranmaq norma olub. Min illərlə “atalar və oğullar” problemi olsa belə, bir-birimizi yola vermişik. Amma bu gün internet dövründə yad təsirlər, əcnəbi seriallar, əcaib tok-şoular öz işini görüb. Yeni davranış modelləri günümüzə hakim olub. Bəlkə də yaşlı birisi vaxtında yerini bir gəncə ötürsəydi, münasibət də ayrı olardı. 

Köhnə kişilər də qalmayıb, onların yerini əldən düşmüş, yaxın adamlarını belə güclə tanıyan, xəstəliklə çarpışan gücsüz insanlar tutub. 

Onlara kim baxacaq? Kim qayğı göstərəcək? Sualın dəqiq cavabı yoxdur, deyəsən, qocalar elə qocaların ümidinə qalacaq.