CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MSK deputat olmaq istəyən şəxslərin sayını açıqladı – Artıq mini keçiblər

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1329 namizəd müraciət edib
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 dekabr - Sputnik. Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1329 namizəd müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov deyib ki, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb. On bir nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

M.Pənahov həmçinin qeyd edib ki, həmin müraciət edən şəxslərin 1042 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 829 nəfəri isə imza vərəqələrini artıq götürüb”.

Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı artdı

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 20-yə çatıb.

Belə ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha üç partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Vahid Azərbaycan Partiyası və Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıblar.

Qeyd edək ki, bundan əvvəl 19 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, Ana Vətən Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının nümayəndələri qeydə alınmışdılar.