Məhkəmə aviaşirkətlərlə bağlı maraqlı qərar verdi

Bu qərar Avstriya aviaşirkətlərindən birinin təyyarəsində uçarkən üzərinə qəhvə dağılan qızın şikayətinə baxıldıqdan sonra verilib
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Avropa Birliyinin Məhkəməsinin yeni qərarına görə, bundan sonra təyyarə göyərtəsində qaynar içkilərin dağılması nəticəsində yanıq xəsarəti alan sərnişinlər aviaşirkətləri məhkəməyə verə bilərlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Sun yazıb.

Təyyarədə ayaqyolu növbələrinə qəribə çarə - kamera

Bu qərar Avstriya aviaşirkətlərindən birinin təyyarəsində uçarkən üzərinə qəhvə dağılan qızın şikayətinə baxıldıqdan sonra verilib. Şirkət hadisəyə görə məsuliyyət daşımadığını bildirib, fincanın təyyarədə vibrasiya səbəbindən, yaxud kiçik masanın nasazlığı ucbatından aşmasını təyin etməyin çətinliyini əsas gətirib. Üstəlik, şirkət əlavə edib ki, yalnız birbaşa uçuşla bağlı bədbəxt hadisələrə görə məsuliyyət daşıyır. Qəhvədən yanıq xəsarəti almaq isə buraya daxil deyil.

Ancaq məhkəmə daşıyıcının dəlilləri ilə razılaşmayaraq zərərçəkənin xeyrinə qərar çıxarıb. Amma o da qeyd olunub ki, əgər aviaşirkət hadisədə sərnişinin özünün günahkar olduğunu sübut edə bilərsə, o zaman cərimə ödəməkdən azad olunur.